Fevral 24, 2026
Rəhmət və bərəkət ayı olan Ramazanın ruhuna uyğun olaraq təşkil etdiyimiz iftar proqramında dəyərli qonaqlarımızla eyni süfrəni paylaşmağın sevincini yaşadıq.
Tədbirimizdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün və xanımı Zühre Akgün, Türkiyə Maarif Vəqfinin (TMV) Qəyyumlar Şurasının üzvləri Prof. Dr. Zarife Seçer və Selim Cerrah, millət vəkilləri Anar İsgəndərov və Məlahət İbrahimqızı, müşavirlər, həmçinin iş adamları, QHT nümayəndələri və məktəbimizin kollektivi ailələri ilə iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən TMV-nin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Tabip Gülbay, ardınca isə Türkiyənin Azərbaycandakı səfiri Prof.Dr. Birol Akgün və TMV-nin Qəyyumlar Şurasının üzvləri Prof.Dr. Zarife Seçer və Selim Cerrah birlik, bərabərlik və qardaşlıq mesajları verdilər.
Süfrəmizi və dualarımızı bölüşən bütün qonaqlarımıza təşəkkür edirik. Ramazan ayınız mübarək !✨
Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.
Sual vermək üçün klikləyin