Azərbaycan Beynəlxalq Maarif Məktəblərində 2022/2023-cü yeni tədris ilinə start verilib.
Azərbaycan Beynəlxalq Maarif Məktəblərində 2022/2023-cü yeni tədris ilinə start verilib.

Azərbaycan Beynəlxalq Maarif Məktəblərində 2022/2023-cü yeni tədris ilinə start verilib.

Bilər 16, 2023

Beynəlxalq Maarif Məktəblərində "15 sentyabr-Bilik Günü"nə həsr olunan tədbir keçirilib. Təhsil müəssisəsinin rəhbərliyi, pedaqoji kollektivi, valideyn və şagirdlərinin də iştirakı ilə təşkil olunan tədbirdə vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunaraq, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Çıxış edənlər, vətənpərvər, ərdəmli,savadlı, iradəli, aktiv və ağıllı gəncliyin bir şəxsiyyət kimi yetişməsinin əhəmiyyətindən bəhs edərək, yeni tədris ilində bütün şagirdlərə uğurlar arzu ediblər. Bildirilib ki, təhsil müəssisəsində STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə ana dilində tədris imkanları ilə yanaşı, Türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. Daha sonra müəllimlər şagirdləri yeni sinifləri ilə tanış etdikdən sonra ilk dərslərinin tədrisinə başlanılıb. 

Bizimlə Əlaqə Saxlayın

Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.

Sual vermək üçün klikləyin
Bizimlə Əlaqə Saxlayın
Sənin məktəbin seçin