Sentyabr 23, 2024
Azərbaycan Beynəlxalq Maarif Məktəblərində 2024-2025-ci tədris ili üçün müəllimlərin təkmilləşdirilməsi proqramı keçirilib
Proqramın açılışı Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğanın "Türkiyənin ictimai diplomatiya fəaliyyətləri çərçivəsində Türkiyə Maarif Vəqfi" adlı təqdimatı ilə baş tutdu.
Sonra Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün proqramın açılışına onlayn bağlanaraq Türkiyə Maarif Vəqfinin təhsil fəlsəfəsi haqqında fikirlərini bildirdi. Prof. Dr. Birol Akgün yeni tədris ilində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin müəllim heyətinə uğurlar arzu etdi.
Daha sonra Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Nəsimi kampusunun direktoru Ertuğrul Toy Türkiyə Maarif Vəqfinin təhsil fəlsəfəsi haqqında təqdimat ilə çıxış etdi.
Qeyd edək ki, 3 həftə davam edən proqram Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Nəsimi və Gənclik kampusunda çalışacaq müəllimlər üçün nəzərdə tutulub.
Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.
Sual vermək üçün klikləyin