Bilər 16, 2023
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin rəsmi açılış tədbiri keçirilib. Müasir və beynəlxalq təhsil imkanlarının əhəmiyyətindən danışan Türkiyə Maarif Vəqfinin sədri Prof. Dr. Birol Akgün, ərdəmli və aktiv gənc nəslin yetişdirilməsinin əsas hədəf və istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan və Türkiyə Respublikaları arasındakı əlaqələrin bütün sferalarda olduğu kimi, təhsil sahəsində də artan dinamika ilə inkişafını yüksək qiymətləndirib. Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı isə təhsil müəssisəsinin iki qardaş ölkə əlaqələrinin inkişafında mühüm rola malik olduğunu xüsusi olaraq vurğulayıb. Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda protokol üzvlərinin iştirakı ilə məktəbin rəsmi açılışını simvolizə edən qırmızı lent kəsilərək, rəsmi şəxslərin təhsil müəssisəsi ilə tanışlıq gəzintisi təşkil olunub.
Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.
Sual vermək üçün klikləyin