Nobel mükafatı laureatı Prof. Dr. Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət edib
Nobel mükafatı laureatı Prof. Dr. Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət edib

Nobel mükafatı laureatı Prof. Dr. Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət edib

İyul 10, 2024

Nobel mükafatı laureatı Prof. Dr. Əziz Səncər Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət edib.


Dünya şöhrətli alim ilk olaraq məktəbimizin kampusunu və sinifləri gəzərək yaradılan şəraitlə tanış olub. 

Kimya laboratoriyasında şagirdlərimiz tərəfindən aparılan təcrübələrlə tanış olan Prof. Dr. Əziz Səncər öz tövsiyələrini verib.


Daha sonra Prof. Dr. Əziz Səncər məktəbimizdə təşkil olunan tədbirdə rəsmi qonaqlarla birlikdə iştirak edib. Tədbiri giriş nitqi ilə açan Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan ali qonağı salamlayaraq tədbiri açıq elan edib.


Türkiyə Maarif Vəqfinin sədri Prof. Dr. Birol Akgün çıxış edərək Türk dünyasının fəxri olan Nobel mükafatı laureatı Prof. Dr. Əziz Səncərin Azərbaycan Beynəlxalq Maarif Məktəblərini ziyarət etməsinin tarixi əhəmiyyət kəsb etdiyini və gələcəyini Maarif Məktəbləri ilə inşa edən şagirdlər üçün əlavə motivasiya olacağını qeyd etdi.


Yekunda çıxış edən Prof. Dr. Əziz Səncər elmi fəaliyyəti ilə bağlı şagirdlərimizi maraqlandıran sualları cavablandırıb. Daha sonra Türkiyə Maarif Vəqfinin sədri Prof. Dr. Birol Akgün və Türkiyə Maarif Vəqfi İdarə Heyətinin üzvü Prof. Dr. Nevzat Şimşek tərəfindən dünya şöhrətli alimə xatirə hədiyyəsi təqdim olundu.


Tədbir Prof. Dr. Əziz Səncərin kitab imzalaması mərasimi ilə yekunlaşdı.



Bizimlə Əlaqə Saxlayın

Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.

Sual vermək üçün klikləyin
Bizimlə Əlaqə Saxlayın
Sənin məktəbin seçin