Bilər 16, 2023
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə görüşüb. Qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, yüksək səviyyəli strateji əməkdaşlığı yüksək qiymətləndirən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev diqqətə çatdırıb ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sferaları ilə yanaşı, sosial, mədəni, humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş sıx əlaqələr mühüm əhəmiyyət kəsb edir.
Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün təşkilatın fəaliyyəti barədə məlumat verərək, Azərbaycanın müvafiq qurumları ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Məktəbimiz haqqında bilmək istədiyiniz hər şey üçün bizə yaza bilərsiniz.
Sual vermək üçün klikləyin